Kitabda müxtəlif yaş səviyyəli uşaqlar üçün şeirlər, tapmacalar və nağıllarla yanaşı, ictimai-siyasi məzmunlu şeirlər, habelə mayası məhəbbətdən şirə çəkən lirik əsərlər toplanmışdır. Kitabda "Bic-Mətiş" adlı lirik-epik-yumoristik poema və "Xoruz verənə qurban olum" adlı hekayə də daxil edilmişdir.
Metodik vəsaitdə məktəbəqədər yaşlı uşaqların təhsilə hazırlanmasının psixoloji məsələlərindən bəhs olunur. Uşaq psixologiyasının xüsusiyyətləri, tərbiyənin effektivliyini, təlimin səmərəliliyini təmin edən şərtlər psixoloji aspektdə izah olunur.
Bu ədəbiyyat uşaqları bədii üsullarla elm və texnika aləminə aparır, təbiətdə baş verən müammalı hadisələri və bir çox peşələrin sirlərini anlamağa kömək edir. Onun vəzifəsi bu hadisələrə maraq oyatmaq və qiymətli insani keyfiyyətlər yaratmaqdır.
Söylə mənə, ay nənə! Kitabı müəllifin dördüncü kitabıdır. Kitabda onun müxtəlif illərdə yazdığı uşaq şeirləri toplanıb. Nağıllar kitabından sonra müəllif uşaqları şeir dünyasına qonaq çağırır. Nağılların sehrinə düşən uşaqlar indi də uşaq şeirlərinin sehrinə düşəcək.
Məktəbli uşaqlar üçün nəzərdə tutulmuş "Dünya ədəbiyyatından seçmələr" nəşr seriyasının davamı olan bu məşhur əsər Beydulla Musayevin tərcüməsi əsasında sadələşdirilmiş və ixtisar edilmişdir.