
Funksional və laboratoriya göstəriciləri baxımından öz təsdiqlərini tapmayan xəstəliklər - baş ağrıları, mədə-bağırsaq problemləri (ürək bulanması, qusma, diareya, meteorizm, qarında köp), səsli gəyirmə, bəzən qəbzlik, baş gicəllənmə, aybaşı pozğunluğu, dəri xəstəlikləri, qanda şəkər miqdarı və digər müşahidə olunan narahatlıqlar zamanı kimə müraciət etmək lazımdır?
Adətən bu şikayətlər özünü qorxma, həyata marağın itməsi, iş qabiliyyətin düşməsi, gələcəklə bağlı planların müəyyən olunmaması, yuxunun və iştahın pozulması zamanı göstərir.
Təcrübə göstərir ki, ilk öncə bu xəstələr nevropatoloqa və terapevtlərə müraciət edir və yaxud lazım olmayan analizlərdən, funksional müayinədən keçirlər.