Bir axşam qızım Kamilla ilə oturub çox maraqlı uşaq filminə baxırdıq. Orada bütün hadisələr məktəbdə baş verirdi. Və bir anlıq beynimdən ildırım kimi bir fikir kecdi “Gələn il qızım məktəbə gedəcək, amma biz hələ hazir deyilik !!!Mütləq hazirlaşmaq lazımdır !!” Amma nədən başlamaq lazım olduğunu dəqiq bilmədiyim üçün, ən asan və eyni zamanda uşaqların sevdiyi rəsmlərdən başlamağa qərar verdim. Və uşaq hələ balaca oldugu ücün bunu bir oyun kimi başladım...
İsti ocağımız var idi. Mehriban ailə ocağımız lap ən xırda məqamlara kimi yaddaşıma həkk edilib. Sobanın üzərində çaydan və bir neçə alma qabığı qoyulub. Otağa gözəl bir qoxu yayılıb. Bəlkə də soba borusunun üzərinə tez quruması gözlənilən bir neçə paltar asılıb. İsti ocaqda mən çarpayının üst qatında, bacım isə alt qatda yatmağı sevərdik. Biz yatdıqdan sonra, anam sobanın küllərini görənə qədər gözləyər, ocağın tamamilə söndüyündən əmin olduqdan sonra soyuq otaqda yuxuya gedərdi. Səhər oyandığımızda, otağımız yenə isti olardı. Biz yatarkən bizi oyatmağa gələn bir mələk olmalı idi. Süfrə də hazırlanmışdı. Bir ailə süfrə başına yığışardı.Süfrədə isti çay, portağal suyu, qızarmış bir dilim çörək, pendir olardı. Naharımızı edərkən, radiodan səhər xəbərlərini dinlər, xülasəsini yazar və sinifdə oxuyardım. Spikerin sürətinə çata bilməsəm də, mələyimdən kömək ümid edərdim...
Gündəliyimin bütün hadisələr olmuş və gerçəkdirlər. Onların bəzisi məzəli bəzisi isə üzüntülüdür. Gündəliyimin bir çox səhifəsi sizlər üçün qapalıdır, çünki onda olmuş hadisələrin bir növ sehri itə bilər. Yəqin nə demək istədiyimi anlayırsınız. Ancaq bir hadisə ilə sizlərlə bölüşmək istəyirəm... İnşallah artıq 6 il olacaq ki hər günümün səhəri qızımın balaca, şirin burnunu öpməklə başlayır. Səhərlər tezdən oyanıram və şirin yuxular görən qızıma doymadan baxıb, onun axşam etdiyi dəcəllikləri yada salıb gülümsəyirəm. Analıq məzuniyyəti bitdiyi zaman yenidən işə başladım. Əlbəttə dörd il evdə oturmaq və sonradan yenidən iş rejiminə uyğunlaşmaq asan iş deyil. Əvvəl çox çətin idi, çünki işə gedərkən qızım hələ yatırdı. Bəzi günlər isə evə qayıdarkən körpəm artıq yatmış olurdu. Bu hadisə baş verəndə işə qayıtmağım iki ay olmuşdu. Bir gün axşam balam mənə “ Anacan , nə olar, işə gedəndə məni durğuz” dedi.
Dəftər-qələminə sahib çıxa biləcək uşaq, dağınıq otağı səliqəyə salmadan dərslə məşğul olan gənc, çantasını və kredit kartlarını əsla hardasa unutmayan bir yetkin və yağlı qabları yuyub təmizləmədən rahat yata bilməyən evdar qadın olmuşam. Bu ifadələr ana gündəliyinin səhifələrinə yazılan maraqlı xatirədir.Gündəliyi vərəqlədikcə mən nə zaman dağınıq və nizamsız duyğular içində qaldığım anları yada salıram. Oğlumu əmizdirmək üçün bir gecə səkkiz dəfə şirin yuxunun içindən ayılmışam. Bu zaman saatın neçə olduğundan xəbərim belə yox idi. Körpə qığıltısı mənə yuxudan daha şirin gəlir və çox narahat olmağa başlayırdım. Günlərin birində həyat yoldaşım “bu gün oğlumuz nə yaxşı ki, sakit yatdı” dediyinə görə ona acığım tutdu... Ürəyimdəkiləri ağ kağız parçası üzərinə tökməklə hirsimi boğmağa çalışırdım...
Qızım 3 yaş 4 aylıq idi. Bir gün anam ilə bazara getmişdi, qayıdanda anamı çox pərişan gördüm. “Nə olub, nə baş verib?” - deyə soruşduqda, əvvəlcə üzümə qəribə-qəribə baxdı, sonradan qəhqəhə ilə güldü. Artıq narahat olmağa başlamışdım. Anam məsələyə aydınlıq gətirəndən sonra isə məni də gülmək tutdu. Hadisəni əvvəldən danışım siz də gülün. Heç olub ki, bir gun övladınızın verdiyi hər hansı bir sualı cavablandırmaqadan cəkinəsiniz? Əlbəttə, olub! Bunu inkar etməyə belə dəyməz... Bir neçə həftə əvvəl “Ana, mən hardan və necə oldum?” sualı şimşək kimi qulağımda guruldadı. Mən bunu yaşayan bütün valideynlər kimi əvvəl donub qaldım, sonradan özümə gəlib ağlımda müxtəlif variantları tələsik düşünərək daha məşhur versiyada dayanıb nağılıma başladım...
Qucağımda yatan kiçik bir bala... yumşaq bir bədən... süd iyi verən əllər... yuxusuzluq... yaxınların yeni anaya qarşı münasibəti... səbir... səbirsizlik... küsəyənlik... ancaq özünü düşünənlər... hirs... anlayış... sevgi... gözləmə... yorğunluq... kömək əli uzadan bir ana... rahatlıq... alışmaq... təcrübə... Bu sözlərin hamısı ayrıca bir məna qazandı artıq mənim üçün. Sən, körpəm həyata baxışımı dəyişdirdin və mənə yeni mənalar qatdın. Hələ fərqində deyilsən, amma dostlarımın fərqinə vardım sayəndə. Mənə nələr öyrətdiyini sənə bir gün izah edəcəyəm...
Mənim kiçik adamım, mis qoxulu yanaqlarım, ən çox sevdiklərim siyahısında ilk sırada olanım. Bu yazı sənin üçün yazıldı. Bu yazı, sən böyüyüncə, mən yaşlanınca dayanmaq istədiyim nöqtəni bu gündən görmək istəyimdən yarandı. Geriyə dönüb baxdıqda peşman olmaq istəməməyimdən, hüzurla, dincliklə gülümsəyən bir qadın olmağı diləməyimdən yarandı. İçimdən çıxıb sinəmə qoyuldun. Böyüdün, qucağıma gəldin. Böyüdün, yanımda getməyə başladın. Hələ çox uzun müddət yanımda gedəcəksən. Birlikdə gedəcəyik...
Bu hadisə baş verəndə qızımın 3 yaşı var idi. Yeni il yaxınlaşırdı. Anama nə hədiyyə alacağımı fikirləşirdim. Amma sözün düzü, pulum o qədər də çox deyildi. Ona görə də atamdan borc almaq qərarına gəldim. Əlbəttə ki, ata övlada borc vermir. Ancaq “ay ata, mənə borc verərsənmi?” deyə müraciət etdim. Qızım məndən borcun nə olduğunu maraqla soruşdu. Mən də “pulu az olanda yaxın adamdan müvəqqəti olaraq müəyyən vaxta alınan, sonra geri qaytarılan puldur” dedim. Qızım “Demək sənin pulun azdı?” – deyə əl çəkmədi. “Hə, balam bir az azdı” dedim və atamdan lazım olan miqdarı alıb çantama qoydum. Artıq anamın sevincindən işıqlanan üzünü təsəvvür edib xəyallar qururdum. Səhəri gün sevinə-sevinə ətir satılan mağazada pulu çıxaranda gözlərimə inana bilmədim...
Yoldaşım Özgür və mən 2.5 illik evliyik. Çox uzun sürən dostluq dövründən sonra evlənməyə qərar verdik və 8 Sentyabr 2002 ilində öz Yuvamıza qovuşduq. İkimiz də əvvəl bol bol gəzib, əylənib, evliliyin dadını çıxarmağı və daha sonra körpə sahibi olmağı istəyirdik. Sentyabr 2004 kimi yavaş yavaş hazırlıqlara başlarıq deyirdik. Çünki ətrafımızdakı kəslərdən eşitdiyimizə görə körpə sahibi olmaq elə çox asan bir iş deyildi, bir az səy lazım idi. Halbuki hadisələr heç də belə inkişaf etmədi.
Gözlədiyimdən çox daha tez hamilə qaldım. İyun 2004 başlarında, hamilə olduğumdan şübhələndiyim bir gün aptekdən test götürdüm və qaça qaça evə gəldim. Mənə çox çox uzun gələn 4 dəqiqəlik bir gözləyişdən sonra test çubuğunun bənövşəyiləşdiyini gördüm. Həyəcandan və qorxudan nə edəcəyimi çaşdım. Ağladım...
Ümumiyyətlə qadın bir çox möcüzəli xüsusiyyətlərə malikdir onlardan biri de analıqdır. Mənə həmişə maraqlı idi ki, niyə analığı Allah məhz qadına bəxş edib… O gün həyatımın ən xoşbəxt anlarımın birini yaşadım, və bir çox qadın mənimlə razılaşar ki hamiləlik doğurdanda bir möcüzədir. Hamilə olduğumu bildiyim andan özümə bir gündəlik tutdum və ilk yazım belə idi… “ 8 iyun 2002-ci il…4 həftə…həyatıma xoş gəldin…” və o gündən nə yediyimi, hansı dərman nə vaxt atıldığını, nə hiss etdiyimi belə yazmağa başladım. Gündəliyim adi məktəb gündəliyi idi. Hələ uşaqlıqdan ana olmağımı arzu etmişəm, çoxuşaqlı qəhrəman ana...amma hələ ki bir qızım olsa da ümidimi itirmirəm....