E. Rəhimzadə:“Teatr insanlara həyat həqiqətlərini bütün istiqamətlərdən göstərib, onu kamilləşdirə bilən məbəddir”
Mədəniyyətimizin inkişafında özünəməxsus rolu olanAzərbaycan Dövlət Kukla Teatrının təmir-bərpa işlərini artıq başa çatdırıblar. Elə bu niyyətlə yolumuzu Azərbaycan Dövlət Kukla Teatrından saldıq. Tez bir zamanda uğurla tamamlanan təmir-bərpa işlərinin nəticəsində Kukla Teatrı həm uşaqların, həm də teatr kollektivinin illər boyu arzusunda olduğu gözəl şəraitli, bəzəkli və yaraşıqlı məkana çevrilib.Bu məbədə sevinclə qonaq olan körpələrin rəngarəng kukla tamaşalarına artan marağı da deyilənlərə sübutdur. Həqiqətən tamaşa səhnəsində effektiv dizayn, akustika və işıq avadanlıqları, isitlik sistemlərinin yenidən qurulması zalda əyləşən azyaşlı teatrsevərlərdə yüksək əhval-ruhiyyə yaratmışdı. Aktyorların mahir ifası isə, körpələrin simasında səmimi gülüş doğururdu. Arxa oturacaqlarda əyləşib, kiçiklərlə bərabər valideynlərin də səhnəciklərə xüsusi diqqət və heyrətlə tamaşa etdiyinin şahidi oldum. Tamaşadan sonra ilk söhbətim teatrın direktoru Rəhman Quliyevlə oldu. Rəhman müəllim, mənimlə teatrın təmir-tikinti işlərindən sonrakı yeni nailiyyətləri haqqında söhbət elədi. Yaxın vaxtlarda Azərbaycan Dövlət Kukla Teatrı Finlandiyada keçirilən dünya kukla teatrlarının festivalında iştirak edib.
Hər il 14 fevral günü Sevgililər Günü olaraq xatırlanır. Mənşəyi, Roma Katolok Kilsəsinin inanclarına söykənən bu gün, Valentin adındakı bir din adamının adına elan edilən bayram günü olaraq ortaya çıxmışdır. Bu səbəblə bəzi cəmiyyətlərdə "Valentin Günü" olaraq adlandırılır. Romantik eşq ilə əlaqəsi Orta Əsrlərin sonlarına doğru meydana gəlmiş və zamanla dini xüsusiyyətini itirmişdir. 1969-cu ildə dini təqvimdən də çıxarılaraq dini mənada qeyd olunması sona çatmışdır... Sevginizi alacağınız şokolad və ya göndərəcəyiniz bir kart ilə də izah etməyiniz mümkündür. Qısacası, bu xüsusi gündə yanınızda həqiqətən sevdiyiniz birinin olması və sevginizin qarşılıqlı olduğunu bilmək hər halda hamısından çox, amma çox daha əhəmiyyətlidir... Nə alınacaq, həmin günə necə plan qurulacaq kimi suallara cavab tapmaq marağı sevənlərin düşüncələrinə hakim olur...
Bayramlarda, şənliklərdə bir qıza, qadına verilən ən gözəl hədiyyə çiçəkdir məncə. Güllər öz gözəlliyi ilə ətrafımızı, evimizi, hətta saçlarımızı belə bəzəyib, öz məftunedici ətirləri ilə bizi valeh ediblər. Hansı qız söyləsə ki “mən gül sevmirəm”, vallah inanmaram. İnana bilmərəm ki, yer üzündə kimsə bu gözəlliklərin fərqində olmaya, dəyərini bilməyə. Düşündüm ki, bizlər hey sevənlərdən, ailədən, övladdan, valideynlərdən danışırıq, istədim ki, bu dəfə güllərdən də danışaq və əlbəttə ki, qızılgüldən danışacam. Sevgi, gözəllik, incəlik rəmzi olan qızılgül. Heç vaxt dəbə tabe olmayan, hər zaman öz birinciliyini saxlayan bu gözəl gül 5000 il bundan əvvəl Asiyada yetişdirilməyə başlayıb. Cır qızılgüllər də var ki, onlar daha qədimdən, təxminən 35 milyon il əvvəl yaranıb, yayılıblar...
1. 40 həftəlik həkim məlumatları, test nəticələri; 2. Qalın və əmici bezlər; 3. Yatağınızına sərmək üçün yataq örtüyü; 4. Ehtiyat atlet və alt paltarları (mütəmadi olaraq tərləyə bilərsiniz, qanamanız ola bilər); 5. Süd vəzi bezləri; 6. Ağrayan süd vəzi gilələri üçün rahatlaşdırıcı jel və kremlər (Körpəniz ilk dəfə ana südü götürəcəyindən nə olursa olsun ilk iki gün istifadə etməmənizi tövsiyə edirik); 7. Öndən açılan pijamalar və gecəliklər; 8. Corab, jaket, jilet və s. Üşüyəcəyiniz təqdirdə istifadə edə biləcəyiniz geyimlər...