Yaz tətili
Yaz tətili Mən bahar fəslini sevdiyim qədər də yaz tətilini xoşlayıram. Bütün şagirdlər kimi mən də yaz tətili müddətində çox sevincli oluram. Mən həm də tətil günlərimi sərfəli və maraqlı keçirməyə çalışıram. Yaxşı dincəlməklə yanaşı, anamla, qardaşımla gəzintiyə çıxıram. Bu gəzintilər mənə xüsusi zövq verir. Çünki, eşitmişəm ki, çox bilən yox, çox gəzən qazanar. Maraq dairəmə müxtəlif kitablar tapıb oxumaq da daxildir. Bu dəfəki yaz tətilində isə mən “Qorxulu nağıllar” kitabını başdan-başa oxudum. Amma kitabın adından fərqli olaraq, qorxmadım, əksinə xoşuma gəldi. Ən çox bəyəndiyim “Nürəddin, Əhməd və Məleykə” nağılı, bir də “Qaraca qız” dramı oldu. Bu nağılların içərisindən Qaraca qız obrazının taleyinə çox acıdım və nağıl xoşuma gəldi. Qaraca qız mətin, şücaətli və mehriban olduğu üçün daha çox diqqətimi çəkdi. O, öz mətanətliliyi ilə Ağca qızı ölümün pəncəsindən məharətlə qurtarır...
Müəllimlərimizi sevək!!!
Müəllimlərimizi sevək!!! Mən məktəbdə oxuyuram. Biz məktəbə elm və bilik öyrənməyə gedirik. Mənim sinif rəhbərim Fatimə müəllimədir. Bizim sinifdə oxuyan şagirdlərin hər biri onu çox sevir. Çünki Fatimə müəllimə çox mehribandır və bizə çox kömək edir. Hesab edirəm ki, əgər müəllimlər olmasaydı, biz və ümumiyyətlə, heç kəs elmli, savadlı, bilikli olmazdı. Ona görə də hər bir şagird öz müəllimini sevməlidir. Çünki müəllim bizə ikinci valideyndir. O, bizə bilik qazandırır, həyatı öyrədir.
Çünki müəllimlər dərslərini yaxşı oxuyan və nizam-intizamlı şagirdləri sevir...
Şaxta baba sizə hansı hədyyələri gətirdi?
Şaxta baba sizə hansı hədyyələri gətirdi? Salam, dostlar. Biz uşaqların sevdiyi qış fəsli artıq gəldi. Qış hər şeyi ilə sevimlidir - qarı, qartopusu, böyük sevinclə bəzədiyimiz şam ağacı, şaxta baba, qar qızı və aldığımız hədiyyələri ilə. Bizdə qışda qar çox olmur, amma tez-tez yağış yağır
Qışda bəzi adamlar evdə soba yandırıb ətrafında oturur, bəziləri isə uşaqları ilə birlikdə həyətdə qartopu oynayırlar. Mən də hər qış qardaşımla qartopu oynayıram. Biz hər qış qardaşımla qardan adam düzəldirik. Qar adam düzəldəndən sonra yanına bir süpürgə və başına vedrə qoyuruq və qardaşımla çox sevinirik. Bundan sonra qardaşımla qartopu oynamağa başlayırıq. Bakıda qar az yağır. Ona görə də çoxlu qartopu oynaya bilmirik. Qar yağanda hava təmiz olur. Hər tərəf ağappaq olur. Hətta gecələr də gündüz kimi işıqlı olur...
Gündəlik
GündəlikSalam gündəliyim, gəl tanış olaq, mənim adım Aytacdır. Dost olmaqdan çox xoşum gəlir. Dostlarımla sevinclərimi, kədərlərimi, uğurlarımı paylaşmaq istəyirəm. Dost olmaq çox çətindir. Nənəm deyir ki,dost dəmir kimi möhkən olmalı, od kimi isti olmalı, su kimi təmiz olmalı, torpaq kimi bərəkətli olmalıdır. Dost dostunun sirrini saxlayan, sirrdaşı olan, onu heç kəslə bölüşməyəndir. Mənim gündəliyim mən istəyirəm sən mənim sirdaşım, dostum olasan.
Redaktordan
Araşdırma
Müsahibə
MARY POPPINS - YENİ
Sağlamlıq
Ailə psixoloqu
Ailə hüquqşünası
Ana gündəlikləri
Doğum hekayələri
Uşaqlıq xatirələrim
Balaca dostlar
Oxucu məktubları
Hekayə
Dekorasiya
Əcnəbilərlə evlilik
Moda
Fotoqalereya
Elanlar
Kitab oxuyursunuzmu?
Çox: İldə 21 kitabdan artıq
Orta: İldə 6-20 kitab arası
Az: İldə 1 ilə 5 kitab arası


May-İyun 2010


Veb: www.marypoppins.yuva.az
E-mail: marypoppins@yuva.az
Tel.: 012 418-44-67, 012 441-54-49