Rahat mənzil...Əlbəttə, işdən sonra rahat, işıqlı, zövqlə sahmanlanmış mənzilə gələrkən yorğunluğun yarısı çıxır. Belə mənzildə istirahət etdikdə isə yeni iş günü üçün qüvvə tam bərpa olunur. Mənzilimizin ən rahat otağı, hər kəs üçün, mətbəx hesab edilə bilər. Çünki, mətbəxlərimiz təkcə yemək hazırlanan otaq deyil, həm də ailənin bir süfrə başına toplandığı məkandır.Xanımlar vaxtlarının əksər hissəsini mətbəxdə keçirməyi sevir. Buna görə də,mətbəxin təmiz, səliqə-sahmanlı, gözəl və rahat şəraitinin təmin edilməsi əsas şərtdir...
Aparılan tədqiqatlar göstərib ki, ömrümüzün təqribən üçdə birini yataraq keçiririk. Bu məlumat bizə yataq otaqlarımızın həyatımızdakı önəminin nə qədər böyük olduğunu göstərir. Yataq otaqlarımız beynimizi boşaltdığımız, dincəldiyimiz, yeni bir günə yenilənmiş olaraq oyandığımız özəl sahələrimizdir. Sağlam və xoşbəxt bir həyat üçün sağlam bir yuxu son dərəcə vacibdir. Yataq otaqlarımızda da evlərimizin digər həyat sahələrində olduğu kimi hazırlanmasına, keyfiyyətinə, rənglərə və funksionallığa diqqət yetirmək lazımdır...
Müasir dövrdə artıq hamamlar da digər yaşayış sahələrimiz kimi çox və funksional hazırlanmaqdadır. Düzgün bir hamam layihəsi qurmazdan əvvəl estetika, istifadə asanlığı və təmizlik haqqında düşünmək lazımdır. Hamamdan rahat istifadə edə bilmək, gündəlik həyat tərzimizin ehtiyaclarını qarşılamaq çox vacibdir. Bunun üçün hamamdan neçə nəfərin istifadə edəcəyini, hamamın böyüklüyünü və gündəlik vərdişlərimizi diqqətdə saxlamalıyıq...
Uşaq otağı uşaqların özlərini güvənli, təhlükəsiz, hüzurlu, sakit, rahat hiss etdikləri bir otaq ideal şəkildə hazırlanmış otaqdır. Uşaq otaqlarının hazırlanmasının və planlamasının əsas qaydalarının başında yuxu sahəsinin, iş sahəsinin və oyun sahəsinin arasındakı tarazlı əlaqənin yaradılması vacibdir. Yataq sahəsi: Yataq sahəsi günəşin yaxşı düşəcəyi, istənilən zaman otağın havasının dəyişdirilə biləcəyi, ətrafında çox əşyanın olmayacağı, yataq otağın qapısını birbaşa görən yerdə yerləşdirilməlidir...