Mübarək gündə qayğıya ehtiyacı olan insanlara əl tutmaq, onların yanında olmaq, onlara mənəvi, maddi və psixoloji dəstək olmaq hər bir vətəndaşımızın borcudur və Allah Təalanın da şərtlərindən biridir. Bunu nəzərə alaraq, YUVA Ailəsi olaraq bir günümüzü qayğıya ehtiyacı olan uşaqlara sərf etməyi düşünürük. Ramazan ayının ilk günlərində YUVA Ailəsi ilə birlikdə SOS Uşaq Kəndində olmağı, orda yaşayan uşaqlarla əylənməyi, vaxt keçirməyi və onlara maddi və mənəvi yardım etməyi düşünürük...
Əziz,dostlar! Avqustun 2-si ölkəmizdə milli kino günü kimi qeyd olunacaq. Sevə-sevə baxdıqca doymadığımız, gündəlik həyatda qarşılaşdığımız motivlərin təsvirini izləyərək, öyrənərək böyüdüyümüz milli kinolarımız... Biz istədik ki, YUVA ailəsi olaraq, bir zamanlar qurur hissi ilə izlədiyimiz bir filmi seçərək onu övladlarımıza təbliğ edək. Sizdən xahişimiz, ən çox izlənilən, sevilən bir filmi təyin edib, iyulun 15-nə qədər bizə yazmağınızdan ibarətdir...
“YUVA” Analar, Klubu “YUVA” Jurnalı və AVRASİYA Klinikasının dəstəyi ilə 24 May 2009-cu il tarixdən etibarən analar, ana olmağa hazırlaşan xanımlar üçün “Sağlam Ana, Sağlam Ailə” devizi altında silsilə seminarlara başlayır. “YUVA” Analar Klubu anaların, xüsusən də gənc anaların onları narahat edən problemləri həll etmək, müxtəlif mövzularda maariflənmək və sağlam ruha malik gələcək nəslin formalaşdırılması istiqamətində səfərbər edilməsi məqsədilə yaradılmış gənc xanımların birliyidir.Klubun vəzifələrinə anaların, xüsusən də gənc anaların maarifləndirilməsi, müxtəlif problemlərin həllində anaların səfərbər edilməsi, vətənpərvərlik tərbiyəsində anaların önə çəkilməsi, gələcək nəslin formalaşmasında anaların birliyinin nümayiş etdirilməsi və s. istiqamətlər daxildir. Seminarların keçirilməsində məqsəd...