Piylənmə sonsuzluğun səbəbi kimi!
Piylənmə sonsuzluğun səbəbi kimi! Artıq çəkinin insan sağlamlığına mənfi ziyanı çoxdan məlumdur. Belə bir kəlam da var : ”Qəfləti ölüm arıq adamlara nisbətən kök adamlar üçün daha xarakteridir”.
Qadın orqanizminin inkişafı müxtəlif dövrlərə ayrılır, hansı ki, onlar da morfoloji və funksional xüsusiyyətlərlə xarakterizə olunur. İstənilən bir dövrdə piylənmənin yaranması reproduktiv (uşaq dünyaya gətirmə) funksiyasının formalaşmasına mənfi təsir göstərə bilər.
Normal aybaşı tsiklinin mövcudluğu üçün, uşaq dünyaya gətirmə qabiliyyətinin formalaşması üçün orqanizmdə kifayət qədər piy toxuması olmalıdır, çünki o, reproduktiv funksiyasının tənzimində iştirak edir.
Bunula yanaşı qız uşaqlarında kökəlmənin getməsi onun gələcəkdə aybaşı yaranma funksiyasına təsir edir. Məhz kök qızlar daha tez böyüyürlər, ona görə aybaşı onlarda daha tez yaranır...
AVRASIYA KLİNİKASI
AVRASIYA KLİNİKASI Bütün analar dünyaya sağlam və gözəl körpə gətirmək arzusundadır.Hamiləlik hər bir qadının həyatında ən həyacanlı və sevincli dövrlərdən biridir.Eyni zamanda bu, məsuliyyətli və vacib addımdır.
Prepatal diaqnostika-hamiləlik dövründə dölün vəziyyətinin və inkişafının qiymətləndirilməsi üçün bir sıra tədbirlər kompleksidir.Müəyyən edilən göstəricilər gələcək valideynlərə uşağın inkişafı haqqında tam məlumat almağa imkan verir...
Hamiləlik dövründə böyrək və sidik axarı xəstəlikləri!
Hamiləlik vaxtı xəstəliklərin gedişatı ağırlaşır və gələcəkdə proqressivləşə bilir. Bu, əvvəla, qadın orqanizmində immun reaktivliyin dəyişilməsi ilə əlaqədardır. Belə ki, yeni orqanizm, yəni uşaq ana orqanizmi üçün bir növ “yad”dır, bu da immun sistemində dəyişiklik yaradır. İkincisi, hamiləlik vaxtı neyroendokrin requlyasiya dəyişilərək şəkərli diabetin, hipertoniya xəstəliyinin, qalxanabənzər vəz, böyrəküstü vəz xəstəliklərinin ağırlaşmasına səbəb olur. Üçünçüsü, hamiləlik vaxtı orqan və sistemlərdə fizioloji dəyişikliklər olur ki, bu da xəstəliklərin gedişatını ağırlaşdırır. Hamiləlik dövrü üçün xarakter olan bu cür dəyişikliklər həm də böyrəklərin gizli xəstəliklərinin, anadangəlmə və qazanılma qüsurlarının meydana çıxmasına səbəb olur.
Hamilələrdə bel nahiyəsində ağrıların, qızdırma, üşütmə hallarının olması, sidiyə getmənin tezləşməsi, sidiyə getmədə göynətmə hissinin olması böyrək və sidik axarı xəstəliklərinə işarədir...
Kesər kəsiyi, yoxsa təbii yolla doğuş?
Kesər kəsiyi, yoxsa təbii yolla doğuş? Bəzən qadınlar anatomik xüsusiyyətləri, özünün və ya dölün sağlamlıq vəziyyəti, həmçinin, döl tərəfindən əmələ gələn bir sıra ağırlaşma halları ilə əlaqədar olaraq təbii yollarla uşaq dünyaya gətirə bilmir. Belə hallarda təbii yollarla doğuş ananın və uşağın həyatı üçün təhlükə yaradır. Bu hallardan optimal çıxış yolu isə, Kesər kəsiyi əməliyyatı sayılır.
Kesər kəsiyi – ən qədim əməliyyatlardan biridir və tarixi antik dövrə gedib çıxır. Əfsanələrin birinə görə, məşhur Roma imperatoru Yuli Sezar Kesər kəsiyinin köməyi ilə doğulub, digər əfsanəyə görə isə Sezarın özü bu əməliyyatı edərək, ölü qadının bətnindən sağ körpəni çıxarıb...
Qədim zamanlarda ana ölmüş olduqda, ya da ananın öləcəyi məlum olduqda körpəni xilas etmək üçün Kesər kəsiyi əməliyyatı aparılırdı. XVI əsrin sonlarından və XVII əsrin əvvəllərindən başlayaraq Kesər kəsiyi əməliyyatı qadının sağlığında da aparılmağa başlandı...
Gözlənilməyən hamiləlikdən necə qorunmaq olar?
Gözlənilməyən hamiləlikdən necə qorunmaq olar? Müasir dövrdə qadın təkcə ailə ocağının qoruyucusu, ana və həyat yoldaşı deyil, həm də ailə büdcəsinə kifayət qədər gəlir gətirən iş qadınıdır. Ona görə də çox vaxt hamiləlik qadını seçim qarşısında qoya bilər - övlad sahibi olum, yoxsa karyera qurum. Əgər hər bir şey vaxtında planlaşdırılsa, bu problemdən qaçmaq olar. Müasir elm qadın üçün o qədər imkanlar təqdim edir ki, onlardan istifadə etməmək günah olardı. Heç vaxt abort etməyən, gözlənilən hamiləliklə övladlar dünyaya gətirən qadın özü ilə fəxr edə bilər. Bəzilərinə elə gəlir ki, bu qeyri-mümkündür. Kontrasepsiyaya və daha çox hormonal kontrasepsiyaya qadınlarımız çox çətin bir məsələ kimi baxırlar. Lakin bu o qədər də mürəkkəb deyil. Gəlin, bu haqda danışmağa çalışaq.
Lakin mənə elə gəlir ki, kontrasepsiyanın hər xırdalığını bilmək qadınlarımız üçün o qədər də maraqlı olmaz...
Endometrioz - sonsuzluğa gedən yol
Endometrioz - sonsuzluğa gedən yolPeyğəmbərimiz Həzrəti Məhəmməd buyurub: “Cənnət anaların ayaqları altındadır”. Bu kəlmə kifayətdir ki, qadınların nə qədər müqəddəs varlıq olduqlarını başa düşək.
Qadın orqanizmi həm quruluş, həm də funksional cəhətdən çox mürəkkəbdir. Onun sağlamlığını qorumaq və onda baş verə biləcək dəyişilikləri araşdırıb aradan qaldırmaq bütün dövürlərdə tibb elmi ilə məşğul olanları düşündürmüşdür.
Deyirlər, sağlamlamlığı satın almaq mümkün deyil. Lakin o insanlar ki, kimki öz sağlamlıqlarının qayğısına qalırlar, onlar daha çox yaşayırlar, özlərini daha yaxşı hiss edirlər, ən əsası isə öz bədənlərinin və ruhlarının cavanlığını qoruyub saxlayırlar.
Qadın üçün onun sağlamlığı çox vacibdir. Bunu bilən qadın nə yazıq ki, həkimə yalnız ağır narahatçılığı olduqda müraciət edir...
Redaktordan
Araşdırma
Müsahibə
MARY POPPINS - YENİ
Sağlamlıq
Ailə psixoloqu
Ailə hüquqşünası
Ana gündəlikləri
Doğum hekayələri
Uşaqlıq xatirələrim
Balaca dostlar
Oxucu məktubları
Hekayə
Dekorasiya
Əcnəbilərlə evlilik
Moda
Fotoqalereya
Elanlar
Kitab oxuyursunuzmu?
Çox: İldə 21 kitabdan artıq
Orta: İldə 6-20 kitab arası
Az: İldə 1 ilə 5 kitab arası


May-İyun 2010


Veb: www.marypoppins.yuva.az
E-mail: marypoppins@yuva.az
Tel.: 012 418-44-67, 012 441-54-49