Göyqurşağının hekayəsi...
Göyqurşağının hekayəsi... Bir gün dünyanın bütün rəngləri bir yerə toplaşıb və hansı rəngin ən əhəmiyyətli və ən vacib olduğunu müzakirə etməyə başladılar...
Bütün rənglər hamısı bir ağızdan mübahisəyə başladılar, hər biri digərini itələyir, "ən böyük mənəm" deyirdi. Bu məqamda şimşəklər çaxdı və yağış damlacıqları göydən düşməyə başladı. Bütün rənglər nə baş verdiyini anlamadan, qorxuyla bir-birini qucaqladı...
İnsanlara gələcək üçün ümid olacaqsınız... Göy üzünü bir qurşaq kimi qucaqlayacaqsınız və sizə GÖYQURŞAĞI deyəcəklər. Razılaşdıqmı?
Bax beləcə, nə vaxt dünyamız yağışla yuyunsa, ardınca səmada GÖYQURŞAĞI meydana çıxır.
Biz insanlar da göyqurşağındakı o rənglər kimi bir-birimizdən fərqliyik və hamımız xüsusiyik. Bunu bilərək ətrafımızdakı insanlarla mehriban, dostluq şəraitində yaşamalıyıq...
Ağac və uşaq
Ağac və uşaq Lap çoxdan, nəhəng bir alma ağacı var idi. Kiçik oğlan ora gəlməyi və hər gün o ağacın ətrafında oynamağı xoşlayırdı. O ağaca çıxırdı, almalardan yeyirdi, kölgəsində mürgüləyirdi. O ağacı sevirdi və ağac isə onunla vaxt keçirməyi. Vaxt keçdi, kiçik oğlan böyümüşdü. Və o artıq hər gün ağacla əylənmədi.
Bir gün, oğlan ağacın yanına qayıtdı və o qəmgin görünürdü. Gəl və mənimlə oyna deyərək ağac oğlanı çağırdı.
Oğlan cavab verdi:
- Mən artıq uşaq deyiləm - daha ağaclarla əylənmirəm, Mən oyuncaqlar istəyirəm. Onları almaq üçün pula ehtiyacım var.
- Bağışla, ancaq mənim pulum yoxdur. Amma sən mənim yaxşı almalarımı seçib onları sata bilərsən. Və oyuncaq almaq üçün sənin pulun olacaq.
Oğlan həyəcanlandı...
Dağınıq uşaq
Dağınıq uşaq Bir uşaq varmış. Əşyalarını yığmaqdan heç xoşlanmazmış. Bir gün yerdə atılmış halda dayanan əşyalar öz aralarında danışırlarmış.
- Sən niyə hələ buradasan? Bu saatda məktəbdə olmalı deyilsənmi? deyə pencək dərs kitabından soruşur. Dərs kitabı:
- Bəli, amma dağınıq uşaq məktəbə gedərkən məni axtardı, tapa bilmədi. Sonunda məni götürmədən getdi – deyə cavab verir. Corab dilləndi:
- Mən tam üç gündür ki, yatağın altında qalmışam...
Dünyanın son günü olsaydı nə edərdiniz?
Dünyanın son günü olsaydı nə edərdiniz? Bir gün Amerikada Universitetlərin birində müəllim dərsə başlayarkən tələbələrə belə bir müracitə edir:
- Bir anlıq düşünün ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt artıq hər şey bitəcək. Xilas olmaq şansınız da yoxdur. Belə olan halda nə edərdiniz?
Tələbələr bir-birindən fərqli müxtəlif cavablar verir..
Müəllim deyilən cavabların hamısını lövhəyə yazır, daha sonra gülərək:
- Uşaqlar, bütün bu dediklərinizi etmək üçün niyə dünyanın son gününü gözləyirsiniz?
Günəşin nağılı
Günəşin nağılıBiri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri - adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər:
- Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx meşənin uca dağın axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Tovuzquşunu seçdilər. Dedilər:
- O, çox gözəldir. Günəş onun sözünü yerə salmaz.
Tovuzquşu yola düşdü...
Redaktordan
Araşdırma
Müsahibə
MARY POPPINS - YENİ
Sağlamlıq
Ailə psixoloqu
Ailə hüquqşünası
Ana gündəlikləri
Doğum hekayələri
Uşaqlıq xatirələrim
Balaca dostlar
Oxucu məktubları
Hekayə
Dekorasiya
Əcnəbilərlə evlilik
Moda
Fotoqalereya
Elanlar
Kitab oxuyursunuzmu?
Çox: İldə 21 kitabdan artıq
Orta: İldə 6-20 kitab arası
Az: İldə 1 ilə 5 kitab arası


May-İyun 2010


Veb: www.marypoppins.yuva.az
E-mail: marypoppins@yuva.az
Tel.: 012 418-44-67, 012 441-54-49