Məqalələrindən birində professor Tofiq Hacıyev Turalın etnonim,tayfa adı olduğu gümanını irəli sürüb.O, bəlkədə haqlıdır.Belə düşünməyə, əlbəttə, müəyyən əsas var.Lakin bizə elə gəlir ki, ad “tur” (dur) kökündəndir.Bu kökdən “durmaq” feli törəyir...
Azərbayca xalqı durduqca bu adda yaşayacaq.Çünki onu qoç Koroğlu daşıyıb.Bu adda bizim üçün Çənlibel ruhu,misri qılınc parıltısı,Nigar məhəbbəti yaşayır.Biz Rövşən deyəndə qulağımıza uzaq əsrlərdən telli sazın döyüş havası Qıratın həyəcanlı kişnərtisi tonqal dövrəsində yallı gedən igidlərin qələbə nəğməsi gəlir...
Hamı bilir ki, Anar təzədüşmə adlardandır. Hələ ki, ondan Anarlı, Anarzadə kimi soyadları törənməyib. Lakin az adam bilir ki, Anar oğlan adına Yenisey çayının sol qolu olan Taşebanın sahilində tapılmış təxminən 8-ci yüzilliyə aid bir türkdilli daş kitabədə rast gəlinir...
Quranda bir neçə dəfə Yunus adı çəkilir. Lakin ərəb rəvayətlərində onun ayağına yazılan hədislərə daha əvvəl Tövratda rast gəlirik. Yəhudilərin dini kitabında həmin peyğəmbərin adı Yunus yox, İonadır. Bu isə qədim yəhudi dilində “ göyərçin “ deməkdir.
Son vaxtlar xalqımızda xalis doğma adlara meyil xeyli güclənib. Ərəb, fars mənşəli, xüsusilə, dini xarakterli Abdulla, Xeyransa əvəzinə məişətimizdə yenə qədim Toğrul, Tural bərqərar olur, “Dədə Qorqud” qəhramanları yada düşür. Elə bil ki, uzun müddət uzaq eldən çəlləklərdə daşınan su içərdik, indi qaynaqlara yetmişik, suyu bulağın gözündən götürürük.
İlk nəzərdən Orduxan adının ixtisar olunmuş variantına bənzəyir. Amma elə deyil. Orxan müstəqil addır. Lakin maraqlıdır ki, bununla belə o, məzmunca Orduxana çox yaxındır.
Yusif adını şərh edəndə yazmışıq ki, məşhur məhəbbət dastanının qəhrəmanına həm də Yusif-Kənan deyirlər. bəzən elə bilirdilər bu “Kənan” farsların “kən” (mədən, quyu) sözü ilə əlaqədardır, çünki qardaşları Yusifi quyuya salırlar. Hətta onu “kənkan” ( quyu qazan) sözü ilə uyğunlaşdırmaq istəyirlər.
Müasirlər arasında az-az rast gəlinən adlardandır. Lakin gəlin “Dədə Qorqud”u vərəqləyək. Alp Ərən, Alp Rüstəm yenilməz igidlərdir. Tarixi yada salaq: XI əsrdə səlcuq sultanı sərkərdə Alp Arslan, X əsrdə Qəznəvilər dövlətinin banisi Alptəkin... Nə deməkdir Alp? Yox, nə məşhur Alp dağları, nə də bu dağlarla əlaqəli “yüksəklik, ucalıq, əlçatmazlıq” təşbehləridir. Qədim türk xalqları bu adı qoyanda Avropanın ən yüksək dağ silsiləsi haqqında bəlkə heç təsəvvürləri də yox idi.