Mən qızım Ayla haqqında yazmaq istəyirəm. Mənim Aylam 2008-ci ilin 1 mayında dünyaya gəlib. Ayla sözünün mənası yaylaqda çıxan ay deməkdir. Ayla ailənmizin birinci övladıdır. O, həm də birinci nəvə, birinci nəticə və birinci kötücədir.Hər bir ananın övladları ilə bağlı arzuları olur. Mən də istərdim ki, mənim qızım hər zaman birinci olsun. Ata-anasına layiqli bir övlad olsun. Mən onu həm humanist, həm vətənpərvər, həm də mehriban bir uşaq kimi tərbiyə edirəm...
Etiraf etmək gərəkdir ki, qışın bu oğlan çagında gözəl və isti bir yuvaya bütün canlıların ehtiyacı var. Bir də ki, “yuva kəliməsinin özündə bir müqəddəslik var” desək yəqin ki, yanılmarıq. Keçmış əyyamlarda uşaqlar ağac başında quşlara yuva quranda sevinclərinin həddi-hüdudu olmazdı. Bu məqamda belə bir deyim də yadıma düşdü ki, göyərçin yuvasını dağıtmaq günahdır. Bu fikir də elə yuva müqəddəsliyini büsbütün özündə ehtiva edir. Yuvalar qurulanda isə bir qayda olaraq, ilk növbədə gözəlliyinə, səliqə sahmanına diqqət yetirərlər. Onun zahirən gözə xoş olması, yuva sahibinin estetik baxışlarından, bədii zövqündən soraq verər. Başqa sözlə desək, yuvanın yaraşıqlı, qəlboxşar olması yuva sahibinin gözəllik anlamının ifadəsidir.
Salam. “Yuva”nın bütün kollektivini ürəkdən salamlayır, işlərinizdə daim yeniliklər və uğurlar arzulayırıq. Jurnalı sevə-sevə oxuyur və çıxacaq hər yeni nömrənizi səbirsizliklə gözləyirik. Çox qısa zamanda bu qədər uğur qazandığınız üçün Sizi təbrik edirik!!! Bütün xoşbəxt cütlüklər kimi biz də bir-birimizi tapdığımıza görə çox xoşbəxtik. Həqiqətən də qismət deyilən bir məfhum mövcuddur.
Mən də nənə olandan sonra həyata daha «yumşaq» baxıram. Nənə olduğum üçün həmişə qəzet, jurnal aldığım köşkün yanından keçəndə satıcı oğlan mənə bildirdi ki, yeni jurnal gəlib satışa. Maraqlandım ki, nə jurnaldır? Dedi - «Yuva». Qızım bir neçə gün bundan əvvəl mənə bu jurnal haqqında demişdi. Ona görə mən də fikirləşmədən «Yuva»nı aldım. Bir an bütün fikrim «Yuva»ya yönəldi, bütün öz mənası ilə, öz dərinliyi ilə məni özünə çəkdi və mən onun dərinliyi haqqında düşünməyə vadar etdi...