Bu gün uşaqları və anaları ən çox narahat edən problemlərdən birindən-diatezlərdən danışmaq istəyirəm.Erkən yaşlı uşaqlar arasında ən çox qoyulan diaqnozlardan biri olan diatez, analar tərəfindən çox zaman düzgün başa düşülmür,bəzən ətrflı izahata ehtiyac duyurlur.Bu gün sizlərin bu xəstəliklə bağlı suallarınızın çox olduğunu bildiyim üçün bu mövzunu seçməyi qərara aldım. Diatez-orqanizmin müəyyən xəstəliklərə və onların ağır gedişinə irsi meyilliliyi, həmçinin orqanizmin adi qıcıqlara qarşı qeyri-adekvat reaksiyasıdır...
Budur nəhayət o dünyaya gəldi, çoxdan gözlədiyiniz balaca köməksiz “tanrı möcüzəsi”. İnsan onu necədə qucağına almaq, oxşamaq, laylay demək .... istəyir. Lakin ilk dəfə körpəni çılpaq görəndə çoxlarımız panikaya düşür. Onu necə bələmək, çimizdirmək olar ki, əgər hətta ona toxunmağa belə çəkinirsən. Yanınızda təcrübəli məsləhətçinin olmağı çox yaxşıdır, amma bəzən valideynlər bu cür yeni maraqlı problemlərlə təkbətək qalırlar. Bu problemlərdən biri də uşaq bezlərinin seçimidir. Uşaq bezləri bəşəriyyətin ən vacib kəşflərindən biridir...
Hər gün dünyanın müxtəlif yerlərində neçə-neçə ailələr qurulur, evlər yaranır, ailəyə övlad gələndə bu ocaq əsl yuvaya çevrilir. Bu gün yuvamızın körpə sakinləri, gələcəyimiz olan körpələrdən danışacağıq. Uşaq xəstəliklərindən danışarkən gündəlik təcrübəmdə ən çox rast gəldiyim problemlərdən birini sizlərlə bölüşmək istəyirəm. 1-4 yaşlı uşaqlar arasında ən çox eşitdiyim şikayət körpənin “əsəbi” olmasıdır. Analar, yaxud nənələr “nə şikayətiniz var?” sualına, “çox əsəbidir”- deyə cavab verirlər. Açığını deyim ki, bu söz bir həkim kimi məni heç zaman qane etmir, əlavə suallarla sözün açıqlanmasına cəhd edirəm, yəni “körpəniz nə edir ki, siz bundan narazısınız?” soruşuruq. Bu məsələdə əlbəttə ki, tibbi əsaslar var. Son zamanlar uşaq həyatının erkən mərhələlərində nevroloji xəstəliklərin sayı xeyli artıb...
Bu gün anaları ən çox narahat edən, gündəlik qarşılaşdıqları bir mövzuya toxunacağıq. Körpə uşaq üçün ən xeyirli qida sayılan ana südündən sonra uşağın menyüsünü müəyyənləşdirməklə, uşağın yeməklə bağlı problemlərini həll etməklə bağlı suallara cavab axtaracağıq. İlk növbədə, hər bir ana bilməlidir ki, yeni doğulmuş körpənin 3 aya qədər qidasını ana südü təşkil etməlidir. Ana südü körpə üçün əvəzolunmaz qidadır. Ana südü körpə orqanizmi tərəfindən yaxşı mənimsənilir, vitaminlərlə zəngindir və körpənin 6 ayına qədər bir sıra infeksion xəstəliklərə yoluxmasının qarşısını alır. Həm də körpəyə ana südü verilən zaman ana ilə körpə arasında çox yaxın əlaqə yaranır. Ona görə də körpəsinə heç olmasa bir dəfə süd verən ana ondan imtina edə bilməz. Ana südü ilə yanaşı, uşağa itburnu çayı, ya da adi çay vermək lazımdır. İtburnu dəmləməsini aşağıdakı qaydada hazırlamağınız məsləhətdir...
Deyirlər ki, dünyada ən gözəl himn körpə qığıltısıdır, o himn ki, ailənin təməli, möhkəmlik simvoludur. Bəs siz, əziz analar, körpələrimizin qayğısız və sağlam böyüməsi üçün onlara düzgün qulluq edisinizmi? Son vaxtlar körpələrdə ən çox etdiyiniz şikayətlər yuxu rejiminin pozulması və iştahanın olmamasıdır. Analar, bilməlisiniz ki, körpələrə düzgün qulluq onun yuxu və ihtahasına güclü təsir edir. Düzgün qulluq dedikdə gəlin ilk növbədə 3 ən mühüm və sadə amildən danışaq.