Nilufər
Adın mənası çoxlarına bəlli olmadığından onu bəzən Lilufər, hətta Lilpar kimi də yazırlar.Nilufər isə Asiya və Afrika ölkələrində çox sevilən, suzanbağı fəsiləsindən çəhrayı, qırmızımtıl rəngli iri çiçəkdir.Hindistanda onu firavanlıq, bərəkət rəmzi sayırlar.Nilufər həmin çiçəyin farsca adıdır...
Leyla
Bu qız adının ərəbcə yazılışı elədir ki, onu həm “Leylə”,həm “Leyli” oxumaq olar.Ərəb məişətində qız adı məhz Leylədir,”gecə” kimi tərcümə olunur.Lakin Leyla adını Leyli kimi də oxumaq olar.”Leyli və Məcnun” dastanını ilk qələmə alan Nizami və ondan sonra Füzuli, adı məhz bu şəkildə götürüblər.Bu zaman adın mənası bir qədər dəyişir...
Nəsrin
Təzə -təzə dəb düşən bu qəşəng qız adı bizə Türkiyədən gəlib. Əsli isə fars dilində ağ rəngli bir dağ çiçəyinin adıdır. Nizami öz qəhrəmanını bu gülə bənzədib:
Zərifə
Qızlar üçün çox münasib olan bu adın mənası məlumdur. Əslində, “zarıf” kimi səslənən ərəb sözü bizim dilimizdə daha yumçaq, elə mənası kimi daha zərif işlənir. Əvvəllər oğlan adı Zərifədə olub. Lakin qız adı Zərifə indi onu tamamilə sıxışdırıb, unutdurub.
Nigar
Geniş yayılmış bu qız adı fars dilindən çox zaman “gözəl,yaraşıqlı” kimi tərcümə edilir. Lakin bu tərcümə hərfi yox, məcazidir. Hərfi tərcümə isə “yazılmış, nəqş edilmiş, bəzək”, nəhayət, “şəkil”dir. “Dədə Qorqud”da da bu söz məhz həmin mənada işlədilmişdir: “Doqquz qara gözlü, xub üzlü, saçı ardına örtülü, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları nigarlı məhbub kafir qızları...”
Yasəmən
Bu qəşəng qız adının çiçək adından götürüldüyü məlumdur. Baharın ilk çiçəklərindən. Hələ mayın əvvəllərindən onun bənövşəyi-qonur salxımları göz oxşayır, incə xoş ətri həyətləri, bağları bürüyür.
Nazlı
İşvə, qəmzə, naz qadın ləyaqətinin nəcib əlamətlərindən sayılıb. İncə davranış, xoş danışıq gözəlin yaraşığıdır. Vaqif havayı deməyib ki:

“İxtilatın şirin, sözün məzəli,
Şəkər gülüşündən canlar təzəli!”
Elif
Ərəb dilində “ dost, həmdəm “ deməkdir. Göründüyü kimi yaxşı addır. Lakin onun bir sıra məcazi mənaları var. Elif ərəb əlifbasının birinci hərfidir. Konkret bir səsi ifadə etmir. Elif yeganə hərfdir ki, adı insan adına çevrilib. Belə istisnaya, nüfuza o nəyin hesabına nail olub ?
Redaktordan
Araşdırma
Müsahibə
MARY POPPINS - YENİ
Sağlamlıq
Ailə psixoloqu
Ailə hüquqşünası
Ana gündəlikləri
Doğum hekayələri
Uşaqlıq xatirələrim
Balaca dostlar
Oxucu məktubları
Hekayə
Dekorasiya
Əcnəbilərlə evlilik
Moda
Fotoqalereya
Elanlar
Kitab oxuyursunuzmu?
Çox: İldə 21 kitabdan artıq
Orta: İldə 6-20 kitab arası
Az: İldə 1 ilə 5 kitab arası


May-İyun 2010


Veb: www.marypoppins.yuva.az
E-mail: marypoppins@yuva.az
Tel.: 012 418-44-67, 012 441-54-49