Uşaqlarda oxuma vərdişini necə formalaşdırmalı? Uşaq olan hər evdə kitab oxuma döyüşü yaşanır. Valideyn və müəllim qiraətin faydaları baradə uşağa çoxlu bilgilər verir. Evə onlarla kitab alınır. Amma çox vaxt vərəqləri belə açılmadan həmin kitablar masa üzərində aylarla oxucusunu gözləyir. Kitabı sevdirmək üçün ailə və müəllimin üzərinə düşən öhdəliklər nədən ibarət olmalıdır? Hansı kitaba nə vaxt başlamalı? Bunun üçün dəyərli oxucularımıza kömək olmaq məqsədilə internet materiallarına istinad edərək bu sahənin mütəxəssisləri ilə görüşüb, tanışlığımız olan ailələr arasında araşdırmalar apardıq. Maraqlı məqamlara aydınlıq gətirildi. Bu məlumatlarla sizi də tanış edək. Ailələr uşağı kitaba istiqamətləndirmək üçün özləri kitabı alıb evə gətirir. Amma kitab uşaqla birlikdə seçilməlidir. Uşağın hər cins kitabı almasına icazə verilməməlidir. Bu kitablar, şəkilli, şeir, xətt roman, lüğət, ensiklopediya da ola bilər. Kiçik yaşlı uşaqlar üçün alınacaq kitabların səhifələrinin dörddə üçü şəkil, dörddə biri yazı olması daha məsləhətlidir. Bu dövrdə uşaqlara bütün kitab növləri oxudulmalıdır. Ailədə uşağın yanında kitab oxunmalıdır ki, uşaq nümunə götürsün...
Hər birimizin arzusu ailəsinin sevinci, nəslinin davamçısı, ölkənin və millətin gələcəyi olan uşaqların xoşbəxt, firavan yaşaması, eyni zamanda əsl vətəndaş kimi böyüməsi, şəxsiyyət kimi yetişməsidir. Dünyaya qayğısız uşaqların gözü ilə baxsaq, dünyanın necə təmiz və saf olduğunu görərik.Dünya uşaqların gözünə məktəbdə çəkdikləri rəsmlərdə olduğu kimi mənzərəli təbiətlə, buludların arxasından çıxan günəşlə görünür. Oxucularımıza maraqlı bir əhvalat nəql etmək istərdim. Günlərin birində bir ailənin televizoru işlək vəziyyətini itirir. Televizorun təmirə ehtiyacı olduğunu düşünən valideynlər ustaya müraciət edirlər. Usta təmir üçün televizorun arxa hissəsindəki qapağı açarkən xeyli təəccüblənir. Sən demə, tele ekranın mexaniki hissəsində yığılıb qalan çörək tikələri və bəzi qida məhsullarının qırıntıları televizorun işlək vəziyyəti üçün əngəl yaradıb. Valideynlər bu işdən maraqlanıb evin küncünə sıxılan zərif və məsum baxışlı qızlarına nəzər yetirirlər. Balaca qızcığaz etdiyi hərəkəti anlayıb valideynlərinin tənəsindən ehtiyat edərək yan otağa qaçır. Valideynlər nigarançılıqla balaca qızcığazdan bu işin səbəbini öyrənmək istəyirlər. Belə ki, azyaşlı uşaqlarını “bir daha belə hərəkətlərə yol vermə...
Yaz ta qədimlərdən arzu-niyyət ayı olub. Babalarımız yazın aynasından baxıb ilin xeyir-bərəkətini görüblər. Bar-bəhərin hesabın çəkiblər. Ona görə də, deyiblər ki, ruzuli il yazından bəllidir... Yaz yağışı-naz yağışı deyiblər.Yaz hər şeyin qaynağı, qovuşuğu olduğundandır ki, aqillər il küsülüsünü yazda barışdırar. Atalar deyib yazda çalan, qışda oynar. Ulular, ağbirçəklər ta qədimdən belə hesab ediblər ki, yaz gəlişini kimsəyə xəbər vermir, yəni payız, qış kimi hədə-hərbə,qara-qorxu ilə gəlmir. Əvvəl-əvvəl xəlvətcə gəlib evlərin aynasından baxır, bacasından boylanır. Görsə ki, ocaqların süfrəsi boldur, biş- düşü vaxtındadır, yerişini yeyinlədir. Gəlib tezcə elinə yaşıl örpəyini sərir. Elə buna görə də, ta qədimdən dolu süfrələrlə, şad-şadyanalıqla el camaatı yazın pışvazına çıxardılar. Inanırdılar ki, bu günlərin birində yaz gəlib onların bacasından boylanmalıdır,aynasından baxmalıdır. Amma mən baharın gəlişində nədənsə, özüm də bilmədiyim uzaq diyarlara, ölkələrə getmək istəmişəm. Sanki, məni hardasa bir səs haraylayıb. Bu hiss uşaqlıqdan qəlbimə hakim kəsilib...
“Qarşıdan fevral ayı gəlir” deyəndə, qışın sərt soyuğu canımızı üşüdür. Soyuq qışın sərtliyinin təskinliyi ürəkləri isidən sevgilərdir. Hər kəsin özünə görə bir sevgi günü var: tanışlıq, nişan və ya evlilik günləri daxil olmaqla... Bütün dünyada qeyd edilən 14 fevral - Sevgililər gününü milli olmadığına görə yasaq hesab edənlər də az deyil. Əslində “Sevgililər günü” qismində olan əlamətdar günlər insanları gündəlik qayğılardan uzaqlaşdırıb, problemləri unutmağa kömək edə bilir...
Əziz “Yuva” oxucusu, sizinlə ilk görüşümüzdən bir ay keçdi. Sizi bilmirəm, amma biz sizin üçün çox darıxdıq. Artıq ikinci sayımızla qarşınızdayıq. İkinci say bizim üçün addım atmaq deməkdir. Uzun zamandır xəyalını qurduğumuz istəyimiz gerçək oldu. Bildiklərimizi paylaşmaq və paylaşdıqca öyrənmək istəyi. Paylaşmaq gözəldir, paylaşmağı bacarmaq daha da gözəldir... Bu hissi bizə yaşatdığınız üçün hər birinizə çox təşəkkür edirik. İlk say sınaq idi. Körpənin qalxmaq cəhdi, haradasa qorxaraq atmağa çalışdığı addım… İlk addımı atarkən bizə dəstək olan, cəsarət verən gözəl insanlara, həqiqi dostlara təşəkkür edirik, ən əsası bizə güvəndiklərinə və verdikləri cəsarətə görə… Bizlər burada yazmağa könül vermiş, ölkəsini, millətini, dilini, dinini, mədəniyyətini, adətlərini sevən insanlar olaraq çalışırıq. Çalışırıq ki, oxucular bizim “YUVA”dan nə isə öyrənsin, nələri isə bizə öyrətsin. Bizlər burada yazmağa könül vermiş, ölkəsini, millətini, dilini, dinini, mədəniyyətini, adətlərini sevən insanlar olaraq çalışırıq. Çalışırıq ki, oxucular bizim “YUVA”dan nə isə öyrənsin, nələri isə bizə öyrətsin...
Balaca qəlblərdə böyük arzular... O arzuları görmək, duymaq, hiss etmək istədik...
Vagzalı çalınır... Anaların gözündə yaş, ataların bogazında qəhər olur. Bir yuvadan qız gedir, bir yuvaya gəlin gəlir. Bir yuva qurulur və dünyaya övlad gəlir. Nə gətirir o övlad? Ev o zamanmı əsl yuva olur?... Övladsız yuvalar yuva deyilmi?...
Hər yuva ev deyil, hər ev də yuva deyil. Təzadlı dünyada yasayırıq. Bunları paylaşmaq istədik sizlərlə...
Mən hər zaman işimin insanlara faydalı olmasi arzusunda olmuşam. Tikdim ki, izim qala misalı... Ancaq bir də baxırsan ki, həyat qatar kimi keçib gedib. Bir göz qırpımında illər bir-birini əvəzləyib. Biz isə, ötən illəri saymışıq. Universiteti bitirib ilk addimlarımı məktəb pilləkənlərinə qoyanda da anladım ki, çox məsuliyyətli sənət seçmişəm. İlk sinfimə ayaq basanda ürəyim titrəmişdi, sinifdə 20 şagird vardı, sanki 80 göz baxırdı mənə... balaca sinif mənə böyük auditoriya kimi gəlmişdi və hamısı bir-birinə bənzəyirdi o an...