Ayravani, ayravani çandrika... Kintamani, kintamani işvaara...
Ayravani, ayravani çandrika... Kintamani, kintamani işvaara... Ehh.. xatirələr, xatirələr... Bizim şirin çağlarımızdan yadda qalan xatirələr. Bu gün yenə də o vaxtlardan bir meh əsdi. Mən də uşaqlığımın xatirimdə qalan unudulmaz məqamlarını bir daha dəyərli arxivimdən çıxarıb, gözlərimin önündə bu gün yaşayırammış kimi canlandırıb, qısaca olaraq sizlərlə bölüşmək istədim. Bütün “YUVA” oxucularını “sehrli xalatımın” içinə toplayıb, deyirəm:
Ayravani, ayravani çandrika
Kintamani, kintamani işvaara...
Hamı kimi mən də böyüklərdən özüm (uşaqlığım) haqqında olan əhvalatları dinləməyi sevirəm. Anamgil deyir ki, mən körpə vaxtı çox sakit olmuşam. Yəqin ki, musiqini sevməyim o vaxtdan bəlli imiş. Başqa körpələr ac olub, yata bilməyib ağladıqları zaman mən o qədər çox yatırammış ki, yemək vaxtı belə keçirdi...
Bu dünyada körpə təbəssümündən saf heç nə yoxdur...
Bu dünyada körpə təbəssümündən saf heç nə yoxdur... İstənilən yaşda insana uşaqlığı ilə bağlı sual verdikdə üzünə təbəssüm qonur. Çünki hər kəsin özünəməxsus uşaqlıq xatirələri var. Bu xatirələrin biri o birisindən şirin, biri o birisindən doğma və əzizdir. Rəsul Rza şeirlərinin birində “bu dünyada körpə təbəssümündən saf heç nə yoxdur” - deyir. Yaşadığımız gərgin iş həyatının stressindən uzaqlaşmaq üçün, sadəcə o müqəddəs illərə xəyalən səyahət etmək kifayətdir. Bu günlərdə təzəcə nəşrdən çıxan “Yuva” jurnalının ilk sayını əldə etdim və öz uşaqlıq xatirələrimə qayıtdım.
Mənim uşaqlığım da mənə çox əzizdir. Etiraf edim ki, son dərəcə dəcəl, çoxlu və ən müxtəlif suallar verən, anamın təbirincə desək, “od-alov” olmuşam...
Bağ oğurluğu
Bağ oğurluğuUşaqlığım Şamaxı rayonunun Pirqulu qəsəbəsində keçib. Öz bağımız olsa da, yaşadığımız qəsəbənin ərazisində çoxlu meyvə ağacları olsa da, camaatın bağ-bostanından əl çəkmirdim. Yəqin ki, oğurluq meyvələri daha dadlı olur. Pirquluda girmədiyim bağ yoxdur.

Qəsəbəmizin ətrafında çəpər var idi. Çəpər boyu qoz ağacları var idi, çəpərin o biri tərəfi isə yol idi. Yayda bəzən...
Redaktordan
Araşdırma
Müsahibə
MARY POPPINS - YENİ
Sağlamlıq
Ailə psixoloqu
Ailə hüquqşünası
Ana gündəlikləri
Doğum hekayələri
Uşaqlıq xatirələrim
Balaca dostlar
Oxucu məktubları
Hekayə
Dekorasiya
Əcnəbilərlə evlilik
Moda
Fotoqalereya
Elanlar
Kitab oxuyursunuzmu?
Çox: İldə 21 kitabdan artıq
Orta: İldə 6-20 kitab arası
Az: İldə 1 ilə 5 kitab arası


May-İyun 2010


Veb: www.marypoppins.yuva.az
E-mail: marypoppins@yuva.az
Tel.: 012 418-44-67, 012 441-54-49